Laboratoriya

I kurslarla görüş

image

        14.10.2020-ci il tarixində Energetika fakültəsinin I kurs tələbələri ilə görüş keçirilmişdir. Görüşdə universitetin rektoru, professor Mustafa Babanlı, fakültə dekanı, dosent Zakir Həsənov, tərbiyə işləri üzrə prorektor, dosent Ata Abdullayev, fakültənin kafedra müdirləri və tütorlar iştirak etmişlər. Eyni zamanda görüşə həmin fakültədə dərs deyəcək müəllimlərdə dəvət olunmuşdular.

        Çıxış edənlər I kurs tələbələrini universitetə daxil olmaları münasibətilə təbrik etmiş və onları universitetdə aparılacaq təhsilin forması ilə, nizam intizam qaydaları ilə ətraflı tanış etmişlər.

        Sonra fakültənin tütorları tələbələrlə fərdi şəkildə görüşərək onlara tədris prosesinə aid olan digər məsələlər barəsində ətraflı məlumat vermişlər.

.

.

.

.

.

.

.

2020-12-10