Laboratoriya

21 aprel 2020-ci il tarixində, saat 12:00-13:15 radələrində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı çərçivəsində Energetika fakültəsinin elmi seminarı (online) keçirilmişdir

image

        21 aprel 2020-ci il tarixində, saat 12:00-13:15 radələrində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı çərçivəsində Energetika fakültəsinin “Microsoft Teams “ proqramının köməyi ilə elmi seminarı keçirilmişdir. Seminar “Elektroenergetika sistemlərinin idarəetmə sistemləri- yeni çağırışlar” mövzusuna həsr edilmişdir. Seminarı giriş sözü ilə Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənov açaraq seminar iştirakçılarını salamlamışdır. Sonra o, seminarın təşkilatçısı, ABEMDA-nın sədr müavini, ADNSU-nun Enerji istehsalı texnologiyaları kafedrasının müdiri, professor Nurəli Yusifbəyliyə öz minnətdarlığını bildirmişdir. Professor Nurəli Yusifbəyli çıxış edərək seminarda qoyulan məsələlərin vacibliyini bildirmişdir. Təqdimat materiallarını Schneider Electric firmasının nümayəndələri Aşkın Səfərli və Elbəy Rüstəmzadə təqdim etmişdir. Seminarda fakültənin iyirmiyə yaxın əməkdaşı iştirak etmişdir. Təqdimatdan sonra mövzu ətrafında suallar verilmiş və həmin suallar cavablandırılmışdır. Yekunda professor Nurəli Yusifbəyli və Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənov seminar iştirakçılarına öz minnətdarlığını bildirmişlər. 

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

2020-04-21