Laboratoriya

Akademik Çingiz Cuvarlı adına İxtisaslaşmış 146 saylı auditoriyanın açılışı

image

     17.02.2020-ci il tarixində 146 saylı otaqda ADNSU-nun 100 illik yubileyi çərçivəsində akademik Çingiz Cuvarlı adına ixtisaslaşdırılmış auditoriyanın açılışı olmuşdur. Tədbirdə Çingiz Cuvarlının həyat və fəaliyyəti barəsində onun aspirantı olmuş Elektromexanika kafedrasının dosenti İlham Rəhimli məlumat vermişdir. Sonra universitetin rektoru professor Mustafa Babanlı ixtisaslaşdırılmış auditoriya, Çingiz Cuvarlının yaradıcılığı barəsində və onun energetika sahəsində gördüyü işlərlə əlaqədar olaraq məruzə etmişdir.

     Energetika fakültəsinin dekanı Zakir Həsənov universitetin rektoruna və tədbir iştirakçılarına öz minnətdarlığını bildirmiş və fakültə adından bu auditoriyada keçiriləcək dərslərin yüksək səviyədə olacağına söz vermişdir.

     Növbəti olaraq akademik Arif Həşimovun çıxışı dinlənilmişdir. Arif Həşimov Çingiz Cuvarlının aldığı dövlət mükafatları və onun haqqında öz xatirələrini danışmışdır.

     Professor Nurəli Yusifbəyli Çingiz Cuvarlının Elektroenergetika sahəsində gördüyü mühim işləri qeyd etmişdir. Sonra professor Əskər Kuliyev akademik Çingiz Cuvarlının yaratdığı yüksək gərginlik laboratoriyası və həmin laboratoriyada apardığı tədrislə əlaqədar məlumatlar vermişdir

.

.

.

.

.

.

.

2020-02-17