Laboratoriya

ADNSU-nun rektoru professor Mustafa Babanlı Energetika fakültəsinin əməkdaşları ilə görüşmüşdür

image

     28.12.2019 tarixdə ADNSU-nun rektoru professor Mustafa Babanlı Energetika fakültəsinin bir qrup əməkdaşları ilə görüş keçirmiş və fakültə əməkdaşlarını "Dünya Azərbaycanlılarının həmrəylik günü" və "Yeni il" bayramları münasibətilə təbrik etmişdir. Rektor fakültə qarşısında duran ən mühüm vəzifələr barəsində və görüləcək işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə əlaqədar öz tövsiyələrini vermişdir. Rektor universitetin 100 illik yubileyi ərəfəsində daha məhsuldar işləməyi və tədbirlər planında nəzərdə tutulmuş işlərin yüksək səviyyədə həyata keçirilməsini arzulamışdır.

     Sonra Energetika fakültəsinin dekanı dos. Zakir Həsənov rektora öz təşəkkürünü bildirmiş və IV kursda təhsil alan tələbələrin bir qisminin dərslərinin istehsalatda aparılması barədə məlumat vermişdir. Zakir Həsənov məzun karyera sərgisində də Energetika fakültəsinin tələbələrinin aktiv iştirak etməsi barədə rektoru məlumatlandırmışdır.

     Rektor bir daha kollektivə uğurlar arzulamış və fakültənin keçmiş, qocaman müəllimi əməkdar professor Sabir Osmanova tədbirdə iştirakına görə öz minnətdarlığını bildirmişdir.

......

2019-12-28