Laboratoriya

Energetika fakültəsi və Kimya-Texnologiya fakültəsinin 3-cü kurs tələbələri "Şimal ES" Azərenerji ASC-də olublar

image

        Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsi və Kimya-Texnologiya fakültəsinin 3-cü kurs tələbələri Energetika fakültəsinin dekanı dos.t.e.n. Aydın Əliyev və "Neft emalı və sənaye ekologiysı" kafedrasının müdiri Nərminə Əliyevanın rəhbərliyi ilə Mərdəkanda yerləşən (Şüvəlan) "Şimal ES" Azərenerji ASC-də olublar. 

Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması prosesləri ilə yaxından tanış olan tələbələr əvvəlcə "Təhlükəsizlik Texnikası Kabineti"ndə olublar və ətraflı təlimatlandırılıblar. 

        Daha sonra Kimya bölməsi və Suyun Kimyəvi Təmizlənməsi qurğuları ilə də tanış olan tələbələrə orda yerləşən ən müasir texnika və avadanlıqların iş prinsipi haqda da məlumatlar verilib.

Sonda "Şimal ES"-in idarəetmə mərkəzində olan tələbələr istehsal proseslərinin avtomatlaşdırılması ilə bağlı olan bütün suallarına cavab tapmış, stansiyanın aparıcı mühəndisləri və professor-müəllim heyəti ilə xatirə şəkilləri çəkdirmişlər.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

2022-11-01