Conversation-da "ITalk Academy"-nin əməkdaşları - Kursun icraçı direktoru Gülnar Əliyeva, Baş müəllim Elşən Qasımlı, müəllim Naz İbadlı və Energetika fakültəsinin tələbələri iştirak etmişdir. Ümumilikdə 2 saat davam edən təlimin ilk hissəsi "İngilis dilinin mənim həyatımda rolu?", ikinci hissəsi "İngilis dilini asan üsullarla necə öyrənə bilərəm?" mövzuları ətrafında olub.
Daha sonra könüllülük prinsipi ilə öz ingilis dili səviyyəsini öyrənmək istəyən tələbələrimizlə sual cavab olmuşdur.
Sonda isə "ITalk Academy"-nin əməkdaşları tələbələrimizlə xatirə şəkilləri çəkdiriblər.