Kafedra neçənci ildə yaradılıb:
- Əsası 1930-cu ildə qoyulan “Elektrik avadanlıqları və sənaye qurğularının avtomatlaşdırılması” və 1966-cı ildə yaradılan “Elektrotermiki qurğular və yüksək gərginliklər texnikası” kafedraları 2016-ci ilin fevral ayından birləşdirilməklə “Elektromexanika” kafedrası adlandırılmaqla fəaliyyət göstərir.
Kafedranın rəhbəri:
- fizika-riyaziyyat elmləri namizədi, dosent Əhmədov Elbrus Nasi oğlu
Kafedrada olan ixtisaslar haqqında məlumat:
Kafedra tərəfindən 2009-cu ildən etibarən – “Elektrik mühəndisliyi” ixtisası üzrə bakalavr və magistrantların hazırlığını həyata keçirir.
050626 –“Elektrik mühəndisliyi”–bakalavr hazırlığının əsas məqsədi:elektrik maşınları, transformatorlar, güclü elektrik və maqnit sahələri texnikası, aşağı və yüksək gərginlikli avadanlıqlar, elektromexaniki, elektrotexnoloji komplekslər və sistemlər, onların tənzimlənməsi və idarəolunması; elektrik və elektron aparatları, elektromexaniki və elektron aparatlarının kompleksləri və sistemləri; elektroenergetik, elektrotexniki qurğuların, kabel məmulatlarının elektrik izolyasiya sistemləri və materialları; idarəolunan elektromexaniki və elektrotexnoloji sistemlər üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.
060626 – “Elektrik mühəndisliyi”– ürə mzagistr hazırlığının əsas məqsdi elektrik maşınları və aparatları, avtomatlaşdırılmış elektrik intiqalı, elektrotexnoloji qurğular və yüksək gərginlikli elektrik qurğuları sahəsində müasir istesalat üçün yeni avadanlıqların yaradılması və istismarı baçarıqlarına malik yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.
Aşağıdakı ixtisaslaşmalar üzrə magistr hazırlığı aparılır.
060626.1- Elektrik aparatları;
060626.2-Enerjinin elektromexaniki çevrilməsində proseslərin modelləşdirilməsi və elektrik intiqalı
060626.3 –Sənaye qurğuları və texnoloji komplekslərin avtomatikası və elektrik intiqalı;
060626.4- Avtomatlaşdırılmış elektrotexnoloji qurğular və sistemlər;
060626.5- Yüksək gərginliklər texnikası və fizikası;
060626.6- Enerjinin elektromexaniki çevrilməsinin ümumi nəzəriyyəsi