Laboratoriya

Enerji istehsalı texnalogiyaları

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində istilik energetikası sahəsində mühəndis kadrların hazırlanması XX əsrin 20-ci illərindən başlanıb. 1922-ci ildən başlayaraq ayrı-ayrı dövrlərdə universitetdə istilik yönümlü müxtəlif kafedralar fəaliyyət göstərmişlər. O cümlədən “İstilik texnikasının nəzəri əsasları”, “Buxar və qaz turbinləri və istilik elektrik stansiyaları”, “Sənaye istilik energetikası və suyun texnologiyası” kafedraları olub.

2005-ci ildə istilik energetikası profilli üç kafedra birləşdirilmiş və “İstilik energetikası” adlı kafedra yaradılmışdır. 25 sentyabr 2019-cu il tarixli 04-1120 nömrəli əmrə əsasən “İstilik energetikası” kafedrasının adı dəyişdirilərək “Enerji istehsalı texnologiyaları” adlandırılmışdır. 2020-ci ildən kafedrada 050608 – “Energetika mühəndisliyi” ixtisası üzrə kadrlar hazırlanacaq.

.

Enerji istehsalı texnalogiyaları kafedrasının müdiri t.e.n. dossent Nəsirov Şükür Nəriman oğludur.

Hazırda “İstilik energetikası” kafedrasında 050609 - “İstilik energetikası mühəndisliyi” ixtisası üzrə bakalavr və 060609 - “İstilik energetikası mühəndisliyi” ixtisası üzrə magistr pillələrində kadrlar hazırlanır.

Kafedrada 48 bakalavr və magistr fənləri tədris olunur. O cümlədən “İstilik elektrik stansiyalarının qazan qurğuları”, İstilik elektrik stansiyalarının buxar və qaz turbinləri” “İstilik texnikasının nəzəri əsasları”, “İstilik energetik qurğuların su rejimi”, “İstilik elektrik stansiyalarında su hazırlığı texnologiyası və su təchizatı”, “İstiləşdirmə və istilik şəbəkələri”, “Elektrik və istilik enerjisinin istehsalı sistemləri”, “Turbin qurğularının tsiklinin mükəmməlləşdirilməsi” və s.

Kafedrada 14 müəllim çalışır. O cümlədən 3 professor, 9 dosent, 2 assistent. Kafedranın müəllimləri tərəfindən praktiki olaraq bütün tədris edilən fənlər üzrə azərbaycan dilində onlarla iri həcmli dərsliklər nəşr edilmişdir.

Hazırda kafedrada iki istiqamətdə elmi-tədqiqat işləri aparılır:

- dəniz və şoran suların qənaətli və ekoloji baxımdan təmiz şirinləşdirmə texnologiyalarının işlənilməsi;

- istilik energetik qurğularının etibarlılığının və səmərəliliyinin artırılması.