“Elektroenergetika” kafedrası ADNSU-nun 03fevral 2016-cı il tarixli № 04-151 saylı əmrinə əsasən “Elektrik stnsiyaları”, “Elektrik şəbəkələri və sistemləri” və “Elektrotexnika və elektrik təchizatı” kafedralarının birləşməsindən yaranıb.
ADNSU-nin “Elektroenergetika” kafedrasının müdiri, t.e.n., dosent Mirzəyeva Sevinc Marlen qızıdır.
Kafedrada: 1- t.e.d. professor, 15-t.e.n. dosent, 4-baş müəllim, 2-assistent, 1-0,5 ştat assistent, 1-laboratoriya müdiri, 6-böyük laborant, 2-laborant, 2-tədris ustası fəaliyyət göstərir.
“Elektroenergetika” kafedrasında:
060608-“Elektroenergetika mühəndisliyi” (o cümlədən, TEMPUS proqramı) ixtisasının: 060608T-“Elektroenergetika” (TEMPUS proqramı çərçivəsində), 060608-1 “Elektrik stansiyalarının elektrik hissəsi”, 060608-2 “Elektrik şəbəkələri və sistemləri”, 060608-3 “Elektrik təchizatı” (sahələr üzrə) ixtisaslaşmaları və 060628-“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının: 060628-EM “Enerji menecmenti” (TEMPUS proqramı çərçivəsində) ixtisaslaşması üzrə magistr hazırlığı həyata keçirilir.