Laboratoriya

Bakalavr təhsili

 

     Yarandığı gündən indiyədək fakültədə mindən artıq yüksək ixtisaslı mütəxəssis hazırlanıb. Hazırda fakültədə bakalavr pilləsində 875 tələbə təhsil alır. Onlardan 3-ü Rus, 1-i Gürcü olmaqla 4 əcnəbi tələbə təhsil alır. Fakültədə III və IV kurs tələbələrinin fasiləsiz istehsalat təcrübəsi layihəsi həyata keçirilir. Bu məqsədlə Respublikanın 20-yə yaxın qabaqcıl müəssisə və təşkilatları ilə ADNSU arasında müqavilələr bağlanıb və hazırda fakültənin yüksək tədris göstəricilərinə malik olan 25 tələbəsi 5 müəssisədə fasiləsiz istehsalat təcrübəsi keçir. Bu iş müvəffəqiyyətlə davam etdirilir və yaxın zamanlarda fasiləsiz təcrübə keçən tələbələrin sayının artırılması nəzərdə tutulub. Bu kafedralarda 16 professor, 46 dosent, 10 baş müəllim, 8 assent tədris prosesinə cəlb edilib.