Yarandığı gündən indiyədək fakültədə on minlərlə yüksək ixtisaslı mütəxəssis hazırlanıb. Hazırda fakültədə bakalavr və magistr pillələrində müvafiq olaraq 1041 və 174 tələbə təhsil alır. Bakalavr pilləsində 1-i Rus, 1-i Çin, 1-i Misir, 1-i Suriya və 2-si Türk olmaqla 6 əcnəbi tələbə təhsil alır. Fakültədə III və IV kurs tələbələrinin fasiləsiz istehsalat təcrübəsi layihəsi həyata keçirilir. Bu məqsədlə Respublikanın 20-yə yaxın qabaqcıl müəssisə və təşkilatları ilə ADNSU arasında müqavilələr bağlanıb. Bu iş müvəffəqiyyətlə davam etdirilir və yaxın zamanlarda fasiləsiz təcrübə keçən tələbələrin sayının artırılması nəzərdə tutulub.
Fakültənin tarixi
Azərbaycanda energetika sahəsində mütəxəssislərin hazırlanmasına 1921-ci ildə Bakı Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsində başlanıb. Fakültənin yaranması və inkişafında, elmi kadrların və ali təhsilli mütəxəssislərin hazırlanmasında təşkilatçılıq, yaradıcılıq, təşəbbüskarlıq göstərmiş görkəmli alim və pedaqoqlardan professorlar A.A. Axundov, S.N. Usatıy, B.P. Albitskiy, A.Ə. Əfəndizadə, Ç.M. Cuvarlı, B.M. Plyuş, A.A. Spirin, Ə.M. Məmmədov, K.V. Pokrovskiy, K.N. Quluzadə, Z.İ. Kazımzadə, P.B. Rüstəmzadə, F.H. Hüseynov, İ.Z. Makinskiy, Ə.C. Orucəliyev, T.S. Axundov və başqalarının adını göstərmək olar.
Hal-hazırda fakültənin dekanı Əliyev Aydın Qardaşxan oğludur.
Bu kafedralarda 9 professor, 39 dosent, 4 baş müəllim, 14 assistent tədris prosesinə cəlb edilib.